Ordu.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
“Missiyamız hələ başa çatmayıb. Biz düşünmürdük ki, döyüş əməliyyatlarının dayandırılması ilə missiyamız dərhal başa çatacaq. Əksinə, biz davam etməyi planlaşdırmışdıq və bu, hətta Tehrana hücumlar başlayandan sonra da aydın olacaq”, - deyə Barnea bildirib.
Mediada qeyd olunur ki, bu, MOSSAD rəhbərinin İranda rejim dəyişikliyi ilə bağlı mövqeyini ilk dəfə açıq şəkildə ifadə etməsidir.
“The Jerusalem Post”un məlumatına görə, MOSSAD daha əvvəl İsrail və ABŞ-nin yüksək vəzifəli rəsmilərinə bildirib ki, “istənilən mümkün rejim dəyişikliyi müharibənin qızğın mərhələsində deyi, yalnız İranla müharibədən sonra baş verə bilər”.
Buna görə də MOSSAD ABŞ-ni aldatmaq və rejim dəyişikliyi illüziyası yaratmaq ittihamlarını rədd edib.
Sevinc Əliyeva
Ordu.az