Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Türk diplomatik mənbələrinə görə, münaqişə tərəfləri arasında iki həftəlik atəşkəs şəraitində aparılan danışıqlarla bağlı müzakirə telefon danışığı zamanı baş tutub.
İran hakimiyyətinin məlumatına görə, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana qarşı hava zərbələri 3300-dən çox insanın həyatına son qoyub.
Ötən həftəyə qədər iki həftəlik atəşkəs elan olunmazdan əvvəl Tehran cavab olaraq raket və pilotsuz uçuş aparatları ilə İsrailə, İraqa, İordaniyaya və ABŞ hərbi obyektlərinin yerləşdiyi Fars körfəzi ölkələrinə zərbələr endirib.
ABŞ və İran həftəsonu Pakistanın İslamabad şəhərində münaqişəyə son qoymaq məqsədilə birbaşa danışıqlar aparıblar, lakin danışıqlar heç bir razılaşma olmadan başa çatıb.
***
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefonla danışıb.
Ordu.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Onlar İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar prosesi ilə bağlı son vəziyyəti müzakirə ediblər.
Sevinc Əliyeva
Ordu.az