Ordu.az Ərdoğanın ofisinə istinadən xəbər verir ki, liderlər əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib, həmçinin regional və qlobal gündəlik üzrə fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Ərdoğan Madyarı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib və həm ikitərəfli səviyyədə, həm də beynəlxalq platformalarda əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminliyini ifadə edib.
O, həmçinin Ankaranın Budapeştlə strateji tərəfdaşlığı inkişaf etdirmək istəyini qeyd edib və regional və qlobal sabitliyin təmin edilməsi üçün NATO çərçivəsində müttəfiqliyin mühüm rolunu diqqətə çatdırıb.
Ordu.az