Ordu.az “Fars” agentliyinə istindən xəbər verir ki, bunu ölkənin neft naziri Möhsün Paknejad bildirib.
Nazirin sözlərinə görə, fevral, mart və aprel aylarında neft satışının həcmi sabit səviyyədə qalıb. O, həmçinin vurğulayıb ki, neft sektoru neft emalı zavodlarının fasiləsiz fəaliyyətini və ixracı (o cümlədən Xarq adasındakı əsas terminaldan) təmin edib.
Eyni zamanda, İran hökumətinin nümayəndəsi Fateme Mühacerani bildirib ki, ABŞ və İsrailin zərbələri nəticəsində dəyən ziyan təxminən 270 milyard dollar qiymətləndirilir. Onun sözlərinə görə, bu ziyanın ödənilməsi mövzusu ABŞ tərəfi ilə İslamabadda keçirilmiş danışıqların əsas bəndlərindən birinə çevrilib.
Sevinc Əliyeva
Ordu.az