Azərbaycanın iki "Su-25" hərbi təyyarəsi Türkiyədəki təlimdə tapşırıqlar icra edib

2026/04/1776170689.jpg
Oxunub: 452     16:36     14 Aprel 2026    
Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimi uğurla davam edir.

Ordu.az "Haber Global"a istinadən xəbər verir ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı ABŞ, Polşa və Slovakiya iştirak edir. Təlimdə 529 şəxsi heyət, 21 hava gəmisi fəaliyyət göstərir.

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd "SU-25" hərbi təyyarəsində təlimdə iştirak edir. Bu günki təlim günündə azərbaycanlı pilotlar qruplara havadan mühafizə və atəş dəstəyi göstərərək tapşırıqların effektiv icrasına köməklik göstərib.

Qeyd edək ki, beynəlxalq təlim aprelin 17-dək davam edəcək.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Su-25  


Bizi "telegram"da izləyin