IRNA: İran və ABŞ danışıqların növbəti mərhələsinin tarixini hələ razılaşdırmayıb

2026/04/1775747841.jpg
Oxunub: 325     16:06     14 Aprel 2026    
İran və Pakistan İslamabadda keçirilmiş İran-ABŞ danışıqlarının nəticələri ilə bağlı məsləhətləşmələri davam etdirir, lakin növbəti mərhələnin vaxtı hələ məlum deyil.

Ordu.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran və İslamabad fikir mübadiləsini davam etdirir, lakin İran və ABŞ arasında növbəti məsləhətləşmələrin keçiriləcəyi yer və vaxtla bağlı hələlik heç bir razılaşma yoxdur.

Daha əvvəl məlumatlar yayılmışdı ki, Vaşinqton və Tehran arasında birbaşa danışıqların yeni mərhələsi cümə axşamı məhz İslamabadda keçirilə bilər. “Associated Press” agentliyinin məlumatına görə, tərəflər hazırda Pakistanın paytaxtında təkrar görüşün keçirilməsi imkanını müzakirə edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin