Pezeşkian: “Avropa İran-ABŞ danışıqlarında konstruktiv rol oynaya bilər”

2026/03/17723-1773989433.jpg
Oxunub: 291     15:11     14 Aprel 2026    
Avropa ABŞ-ni İran ilə beynəlxalq normalar çərçivəsində danışıqlar aparmağa təşviq edə və bununla da İran İslam Respublikası ətrafında yaranmış böhranın həllində konstruktiv rol oynaya bilər.

Ordu.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı zamanı bildirib.

“İran yalnız beynəlxalq norma və qaydalar çərçivəsində danışıqları davam etdirməyə hazırdır və məqsəd İran xalqının hüquqlarını qorumaqdır. Avropa isə ABŞ-ni bu çərçivələrə riayət etməyə təşviq edərək konstruktiv rol oynaya bilər”, - prezidentin sözlərini onun mətbuat xidməti sitat gətirib.

Pezeşkianın sözlərinə görə, ABŞ administrasiyasının irəli sürdüyü həddindən artıq tələblər və siyasi iradənin çatışmazlığı, ekspert səviyyəsində əldə olunan razılaşmalara baxmayaraq, ölkələr arasında razılaşmanın imzalanmasına mane olur.

Aprelin 11-də İran və ABŞ Pakistanın paytaxtı İslamabadda bir neçə mərhələdən ibarət danışıqlar aparıblar. İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqer Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Daha sonra tərəflər bildiriblər ki, bir sıra ziddiyyətlər səbəbindən uzunmüddətli tənzimləmə üzrə razılıq əldə olunmayıb. Tehran və Vaşinqton arasında dialoqun inkişaf perspektivləri qeyri-müəyyəndir. Ağ Ev aprelin 13-dən etibarən İranın dəniz blokadasını həyata keçirmək niyyətini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   Avropa   İran   ABŞ  


Bizi "telegram"da izləyin