ABŞ-nin blokadasına baxmayaraq sanksiyalar altındakı Çin tankeri Hörmüz boğazından keçib

2026/04/1775835700.jpg
Oxunub: 357     15:04     14 Aprel 2026    
Malavi bayrağı altında üzən və Çin şirkətinə məxsus olan, ABŞ-nin sanksiyaları altında olan Rich Starry tankeri Hörmüz boğazından keçib.

Ordu.az xəbər verir ki, bu barədə CNN “MarineTraffic” məlumatlarına istinadən məlumat yayıb.

İlk cəhd aprelin 13-də, bazar ertəsi günü edilib, lakin gəmi qısa müddət ərzində İranın Keşm adası yaxınlığında geri dönüb. İkinci cəhd isə həmin günün axşamı həyata keçirilib və çərşənbə axşamı səhər tezdən tanker artıq boğazdan keçib.

Eyni zamanda bir sıra digər gəmilər blokadadan yayınır. “Bloomberg” daha əvvəl xəbər vermişdi ki, “Agios Fanourios I” və “Shalamar” adlı iki supertanker Pakistan-da ABŞ-İran danışıqlarının uğursuzluğundan sonra geri dönərək boğazdan keçməkdən imtina edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   ABŞ   Çin  


Bizi "telegram"da izləyin