İran “hüquqi normalar çərçivəsində” ABŞ ilə danışıqlara hazırdır

2026/02/1771353524.jpg
Oxunub: 290     15:03     14 Aprel 2026    
İran “hüquqi normalar çərçivəsində” ABŞ ilə danışıqlara hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

“İran mübahisələrin diplomatik yolla həlli prinsipinə sadiq qalır. Tehranın mövqeyinə görə, danışıqlar hüquqi normalar çərçivəsində aparılmalı və ölkənin milli ləyaqəti və nüfuzuna xələl gətirməməlidir”, - deyə Pezeşkianın sözləri onun teleqram kanalında sitat gətirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin