Çin Hörmüz boğazının blokadasını təhlükəli və məsuliyyətsiz addım adlandırıb

2026/04/1776072731.jpg
Oxunub: 307     14:59     14 Aprel 2026    
Pekin ABŞ-nin Hörmüz boğazını blokadaya almasını pisləyərək normal gəmiçiliyin bərpasını tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsyakun Vaşinqtonun addımlarını “təhlükəli və məsuliyyətsiz” adlandıraraq bildirib ki, bu addımlar atəşkəsin kövrək rejiminə zərbə vurur və daşımalar sisteminə əlavə ziyan yetirir.

“Gərginliyin artırılması və məqsədli blokadalar yalnız ziddiyyətləri dərinləşdirəcək və vəziyyəti daha da gərginləşdirəcək”, - deyə diplomat vurğulayıb və tərəfləri atəşkəs razılaşmalarına sadiq qalmağa və danışıqlara fokuslanmağa çağırıb.

Pekinin fikrincə, yalnız hərbi əməliyyatların tam dayandırılması vəziyyətin yekun tənzimlənməsi üçün şərait yarada bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Hörmüz  


Bizi "telegram"da izləyin