Ordu.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, Si Cinpin Yaxın Şərqdə sülhün və sabitliyin qorunması və möhkəmləndirilməsi üçün dörd təklif təqdim edib.
Çin lideri dinc yanaşı yaşamaq prinsipinə sadiq qalmağın vacibliyini vurğulayıb. O, həmçinin Fars körfəzi ölkələri arasında münasibətlərin yaxşılaşdırılmasına və regionda sabit təhlükəsizlik arxitekturasının formalaşdırılmasına çağırıb.
Bundan əlavə, o, region dövlətlərinin milli suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə hörmət edilməsinin vacibliyini qeyd edib. Si Cinpin həmçinin beynəlxalq hüquq normalarına riayət olunmasının və inkişaf etdirilməsinin, eləcə də təhlükəsizlik məsələlərində razılaşdırılmış fəaliyyət prinsiplərinin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az