Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentlik qeyd edir ki, türk və misirli rəsmilər münaqişənin tənzimlənməsi məsələsində vasitəçi rolunu oynayıblar və bu da görüşün həmin ölkələrdən birində keçirilməsi ehtimalını artırır.
Agentliyin mənbələrinin məlumatına görə, danışıqlar artıq gələn həftə baş tuta bilər.
Bundan əvvəl “Associated Press” agentliyi bildirmişdi ki, ABŞ və İran İran münaqişəsinin dayandırılmasına yönəlmiş razılaşmaya nail olmaq üçün danışıqların yeni mərhələsini aktiv şəkildə müzakirə edirlər. Mənbələr qeyd edib ki, görüşün keçirilməsi üçün yenidən Pakistanın paytaxtı da nəzərdən keçirilir. Digər mümkün məkan kimi isə Cenevrə göstərilir.
Sevinc Əliyeva
Ordu.az