“Reuters”: ABŞ və İran nümayəndələri həftə ərzində İslamabadda danışıqlar apara bilər

2026/04/1775747771.jpg
Oxunub: 309     13:41     14 Aprel 2026    
ABŞ və İran nümayəndələri bu həftə Pakistanın paytaxtı İslamabada qayıdaraq danışıqların yeni mərhələsini keçirə bilərlər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Daha əvvəl bildirildiyi kimi, Vaşinqton və Tehran arasında birbaşa danışıqların növbəti mərhələsi cümə axşamı baş tuta bilər. “Associated Press” agentliyinin məlumatına görə, tərəflər hazırda İslamabadda təkrar görüş keçirilməsi imkanını müzakirə edirlər. Eyni zamanda ABŞ administrasiyasının rəsmiləri danışıqların mümkün məkanı kimi Cenevrəni də göstərirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin