Çin Hörmüz boğazının açılmasını tələb edir

2026/04/1776061530.jpg
Oxunub: 384     12:54     14 Aprel 2026    
Çin hakimiyyəti Hörmüz boğazında normal gəmiçiliyin bərpa olunmasını tələb edir və onun Amerika Birləşmiş Ştatları tərəfindən blokadaya alınmasını məsuliyyətsiz addım hesab edir.

Ordu.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsakün bildirib.

“Artıq maraqlı tərəflərin müvəqqəti atəşkəs barədə razılığa gəldiyi bir şəraitdə ABŞ tərəfindən hərbi mövcudluğun artırılması və məqsədli blokada əməliyyatlarının aparılması yalnız ziddiyyətlərin dərinləşməsinə və gərginliyin artmasına gətirib çıxaracaq,” - deyə o brifinqdə vurğulayıb.

“Çin hər bir tərəfin atəşkəs razılaşmalarına ciddi əməl etməsində israrlıdır, diqqətin dialoq və sülh danışıqlarına yönəldilməsini istəyir ki, boğazda normal gəmiçilik ən qısa zamanda bərpa olunsun”, - nümayəndə bildirib.

Çin diplomatı əlavə edib ki, Hörmüz boğazının ABŞ tərəfindən blokadaya alınması “təhlükəli və məsuliyyətsiz addımdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Hörmüz  


Bizi "telegram"da izləyin