MWM İsrailin Livandakı görünməmiş itkiləri barədə məlumat yayıb

2024/03/1709615214.jpg
Oxunub: 440     12:11     14 Aprel 2026    
İsrail Müdafiə Ordusu Livanda görünməmiş itkilər verir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin “Military Watch Magazine” jurnalı İsrail mənbələrinə istinadən məlumat yayıb.

“İsrailin müxtəlif mənbələrinin bildirdiyinə görə, quru qoşunlarının son itkiləri miqyasına görə ən azı 1980-ci illərdən bəri görünməmiş səviyyədədir. Həmin dövrdə, əvvəlki müharibə zamanı İsrail ordusu Livanda Suriya Ərəb Ordusu və yerli silahlı qruplaşmalarla toqquşurdu”, - deyə materialda qeyd olunur.

Nəşrin məlumatına görə, “Hizbullah” İsrail Müdafiə Ordusunun zirehli texnikasına endirilən zərbələri gücləndirib. Qruplaşma İsrail hədəflərini vurmaq üçün əsasən kamikadze pilotsuz uçuş aparatlarından istifadə edir.

Livan qüvvələrinin Merkava IV tanklarını, “Caterpillar” D9 zirehli buldozerlərini və “Namer” zirehli transportyorlarını vurmağa nail olduğu bildirilir. Vurğulanır ki, 1980-ci illərdən etibarən İsrail Müdafiə Ordusu belə böyük itkilər verməmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin