Ordu.az-ın məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.
"Xarici elektrik təchizatının kəsilməsi münaqişə zamanı nüvə təhlükəsizliyi üçün riskləri bir daha önə çəkir", - baş direktor qeyd edib.
Məlumata görə, bu gün səhər "Zaporojye" AES-də xarici elektrik təchizatı yenidən kəsilib - hərbi münaqişə başlayandan bəri bu, artıq 13-cü belə haldır. Səbəb sonuncu işlək elektrik ötürücü xəttin qırılması olub.
"Stansiyadakı dizel generatorları dərhal işə düşərək, əsas təhlükəsizlik sistemlərinin fəaliyyəti üçün zəruri olan elektrik təchizatını təmin edib", - AEBA-nın bəyanatında bildirilir.
AEBA missiyası vəziyyətə nəzarət edir, mütəxəssislər obyektin vəziyyətinin monitorinqini davam etdirirlər.
Ordu.az