ABŞ bu həftə 30-dan çox ölkənin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirəcək

2026/03/pilet-1774693987.jpg
Oxunub: 404     11:10     14 Aprel 2026    
Amerika Birləşmiş Ştatları və İtaliya bu həftə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının rəhbərliyi ilə 30-dan çox ölkənin iştirak edəcəyi “Flintlock 2026” hərbi təlimlərinə başlayacaq.

Ordu.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin saytında yayılan bəyanata əsasən, ilk dəfə olaraq bu təlimlər Liviya ərazisində keçiriləcək.

Dövlət Departamentindən bildirilib ki, təlimlər çərçivəsində hava, quru və dəniz əməliyyatlarının kompleks ssenariləri işlənəcək və bu da iştirakçı ölkələrin döyüş hazırlığının artırılmasına xidmət edəcək.

Qurum qeyd edib ki, ABŞ bu təlimlər vasitəsilə Liviyada bir-biri ilə münaqişədə olan iki hökumətin silahlı qüvvələrinin inteqrasiyasına nail olmağı planlaşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin