Şeron Qarin: "Filippin Rusiya neftini almaq üçün ABŞ-yə müraciət edib"

2026/04/1776150458.jpg
Oxunub: 331     10:47     14 Aprel 2026    
Filippin Rusiya nefti və neft məhsullarının alınması üçün icazənin müddətinin uzadılması xahişi ilə ABŞ-yə müraciət edib.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Filippinin energetika naziri Şeron Qarin brifinqdə bildirib.

"Biz onların cavabını gözləyirik və daha bir şans əldə edə biləcəyimizə ümidvarıq", - nazir bildirib. O əlavə edib ki, əvvəlki icazənin müddəti 2026-cı il aprelin 11-də başa çatıb.

Qarinin sözlərinə görə, hökumət müddətin uzadılmasına nail olacağına ümid edir, lakin rədd cavabı veriləcəyi təqdirdə alternativ tədarük variantları hazırlayır.

O qeyd edib ki, Filippin enerji mənbələrini şaxələndirməyə çalışır və variantlar Rusiya ilə məhdudlaşmır. Hökumət Cənubi Amerika, o cümlədən Kolumbiya və Argentina, Kanada və hətta ABŞ-dən olan tədarükçüləri nəzərdən keçirir.

"Rusiya nefti bizə seçim imkanlarımızı genişləndirmək üçün lazımdır", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin