Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, tərəflər növbəti görüşün Pakistanın paytaxtında keçirilməsi imkanını müzakirə edirlər. Eyni zamanda, ABŞ administrasiyasının rəsmiləri danışıqların yeni mərhələsinin ehtimal olunan məkanı kimi Cenevrəni göstərirlər.
Bildirilib ki, İran və ABŞ nümayəndələrinin görüşünün dəqiq vaxtı və yeri hələ müəyyən edilməyib, lakin danışıqların yeni mərhələsinin artıq aprelin 16-da keçirilə biləcəyi ehtimalı var.
Aprelin 11-də İslamabadda İran və ABŞ danışıqların bir neçə mərhələsini keçirib. İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtonun bildirdiyinə görə, bir sıra fikir ayrılıqlarına görə tərəflər münaqişənin uzunmüddətli nizamlanması ilə bağlı razılığa gələ bilməyiblər. Danışıqların mümkün yeni mərhələsinin detalları hələ məlum deyil.
Sevinc Əliyeva
Ordu.az