Ordu.az xəbər verir ki, “Day & Zimmerman” ilə əməkdaşlıq çərçivəsində qurulan müəssisə 155 mm M795 artilleriya sursatlarının istehsalına yönəlib.
Aylıq 12 min sursat istehsal olunacaq
Parsons şəhərində açılan müəssisə sursatın son mərhələsi olan doldurma, montaj və qablaşdırma proseslərini əhatə edir. Tam gücə çatdıqda aylıq təxminən 12 min ədəd sursat istehsalı planlaşdırılır.
Bu artım ABŞ-nin ümumi 155 mm sursat istehsalını aylıq 100 min səviyyəsinə çatdırmaq planının bir hissəsi kimi qiymətləndirilir.
36 milyon dollarlıq investisiya
Layihə təxminən 36 milyon dollar investisiya ilə həyata keçirilib. Bu investisiya istehsal infrastrukturu, mühəndislik inkişafı və istehsal xətlərinin qurulmasını əhatə edir.
İstehsalı artırmalıyıq
ABŞ Quru Qoşunlarının nümayəndəsi general-mayor Con T. Reym müəssisənin əhəmiyyətini vurğulayaraq bildirib: “Bu müəssisə ABŞ Quru Qoşunları ilə Amerika sənayesi arasındakı güclü tərəfdaşlığın göstəricisidir. Qlobal münaqişələrin artması kritik sursat istehsalını sürətləndirməyi tələb edir”.
Hədəf: davamlı istehsal gücü
Yeni müəssisənin istifadəyə verilməsi ilə ABŞ həm öz əməliyyat ehtiyaclarını, həm də müttəfiq ölkələrin sursat tələblərini qarşılaya biləcək daha dayanıqlı istehsal gücünə nail olmağı hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az