ABŞ-nin enerji naziri yaxın həftələrdə neft qiymətlərinin artacağını açıqlayıb

2026/04/1776148070.jpg
Oxunub: 367     10:26     14 Aprel 2026    
ABŞ-nin energetika naziri Kris Rayt Vaşinqtonda keçirilən Semafor iqtisadi forumunda bildirib ki, ABŞ-də neft qiymətləri böyük ehtimalla daha bir neçə həftə artmaqda davam edəcək.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Biz yüksək enerji qiymətləri görəcəyik, bilirsiniz. Hətta artım da görə bilərik. Bu, Hörmüz boğazından dəniz daşımalarının əhəmiyyətli səviyyəyə çatmasına qədər baş verməyəcək. Həmin vaxt qiymət, yəqin ki, pik həddinə çatacaq. Böyük ehtimalla, yaxın bir neçə həftə ərzində”, - deyə o bildirib.

Rayt qeyd edib ki, sonradan neft qiymətlərində azalma gözlənilir. Lakin bundan əvvəl qiymətlər artacaq.

“Qiymətlər enməzdən əvvəl artacaq”, - deyə rəsmi izah edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rayt  


Bizi "telegram"da izləyin