Vens Roma Papasına siyasət yox, mənəviyyatla məşğul olmağı tövsiyə edib

2026/04/1775969419.jpg
Oxunub: 378     10:16     14 Aprel 2026    
ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Vatikan siyasi bəyanatlar vermək əvəzinə mənəvi məsələlərə və katolik kilsəsinin daxili vəziyyətinə diqqət yetirməlidir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Vatikan mənəvi məsələlərə fokuslanmaqla, katolik kilsəsinin daxilində baş verənlərə diqqət yetirməklə daha düzgün yol seçmiş olar, bu vaxt ABŞ prezidenti Amerika ictimai siyasətinə diqqət yetirir”, - deyə o, “Fox News”a bildirib.

Vensin bu reaksiyası Roma Papası XIV Leo ilə ABŞ prezidenti Donald Tramp arasında Yaxın Şərqdə hərbi əməliyyatlarla bağlı yaranmış fikir ayrılığına cavab olub.

2026-cı il aprelin 7-də İtaliyada etdiyi çıxışda Roma Papası Trampın İran və onun xalqına qarşı təhdidlərini tamamilə qəbuledilməz adlandırmışdı. O, beynəlxalq ictimaiyyəti mümkün hərbi münaqişənin mülki əhali üçün nəticələrini müzakirə etməyə çağırmışdı.

2026-cı il aprelin 12-də ABŞ prezidenti Roma Papasını tənqid edərək bildirmişdi ki, o, vəzifəsini ABŞ-yə borcludur. Tramp Roma Papasının seçilməsinin əsas səbəblərindən biri kimi onun ABŞ vətəndaşı olmasını göstərmiş və kilsənin onunla əməkdaşlıq etmək istədiyini vurğulamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Roma-Papası  


Bizi "telegram"da izləyin