Ordu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
“Axios” vurğulayır ki, bu iki qonşu arasında belə birbaşa danışıqlar 1993-cü ildən etibarən baş tutmayıb. Lakin İsrailin Livanda “Hizbullah” hərəkatının silahlılarını davamlı şəkildə məhv etməsi bu danışıqları zəruri edib. ABŞ prezidenti Donald Tramp onların sürətlə başlanmasına təsir göstərə bilər.
Nəşrin mənbələrinə görə, gündəlikdə üç əsas məsələ olacaq:
dərhal atəşkəs və quru müdaxiləsinin dayandırılması,
“Hizbullah” terror qruplaşmasının uzunmüddətli silahsızlaşdırılması,
ölkələr arasında hərtərəfli sülh sazişinin imzalanması.
Marko Rubiodan başqa, danışıqlarda ABŞ-nin Livandakı səfiri Mişel İsa, Dövlət Departamentinin müşaviri Maykl Nidhem, həmçinin İsrail və Livanın səfirləri Yexiel Leyter və Nada Hamade iştirak edəcəklər.
“Hizbullah”ın düşünülməmiş hərəkətlərinin birbaşa nəticəsi ondan ibarətdir ki, İsrail və Livan hökumətləri ABŞ vasitəçiliyi ilə açıq, birbaşa və yüksək səviyyəli diplomatik danışıqlara cəlb olunub. İsrail Livanla deyil, Hizbullahla müharibə aparır, buna görə də iki qonşunun danışmaması üçün heç bir səbəb yoxdur”, - deyə ABŞ Dövlət Departamenti bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu uzun müddət Livan hökuməti ilə birbaşa dialoqun istənilən formasını rədd edib.
“Axios” yazır ki, Donald Tramp dərhal deeskalasiyanı tələb edir və tez nəticələr görmək istəyir. Məhz ABŞ prezidenti ilə söhbətdən sonra Netanyahu sülh prosesinin ilk addımına razılıq verib.
Sevinc Əliyeva
Ordu.az