Ordu.az çərşənbə axşamı axşamı Yaxın Şərqdə baş verən əsas hadisələrin qısa icmalını təqdim edir:
Tramp Netanyahuya təzyiq göstərib, İsrail Livanla birbaşa danışıqlara razılaşıb.
ABŞ və İran arasında danışıqların ikinci mərhələsi aprelin 16-da baş tuta bilər.
ABŞ dövlət katibi Marko Rubio çərşənbə axşamı İsrail və Livan arasında birbaşa danışıqlarda iştirak edəcək. Bu barədə CNN Dövlət Departamentinin rəsmisinə istinadən məlumat yayıb.
İran ABŞ və İsrailə qarşı müharibədə iştirak etdiklərinə görə Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan kompensasiya tələb edib.
ABŞ vitse-prezidenti Cey Di Vens “Fox News”a müsahibəsində bildirib ki, hərbi məqsədlərə nail olunub.
“Vaşinqton İranın bütün zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verməsini tələb edir”, - deyə ABŞ vitse-prezidenti Cey Di Vens bildirib.
Sevinc Əliyeva
Ordu.az