İran regionun beş ölkəsindən kompensasiya tələb edir

2026/04/1776145409.jpg
Oxunub: 392     09:42     14 Aprel 2026    
BMT-də İranın daimi nümayəndəsi Əmir Səid İrəvani İran əleyhinə ABŞ və İsrailin apardığı müharibədə iştirak etdiklərinə görə regionun beş ölkəsindən, yəni Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan kompensasiya tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.

“Həmin beş ölkə beynəlxalq hüquqa zidd hərəkətləri ilə İran İslam Respublikasına qarşı öhdəliklərini pozub və bununla da beynəlxalq məsuliyyət daşıyır. Onlar beynəlxalq hüquqa zidd hərəkətləri nəticəsində yaranmış bütün maddi və qeyri-maddi zərərlər də daxil olmaqla, İrana dəymiş ziyanı tam şəkildə ödəməlidirlər”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Kompensasiya  


Bizi "telegram"da izləyin