Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Düşünmürəm ki, bunun Rusiya-Ukrayna münaqişəsinin gələcəyi ilə hər hansı əlaqəsi var. Bunlar, yəqin ki, fərqli proseslərdir. Buna görə də burada heç bir əlaqə görmürəm”, - deyə Kreml nümayəndəsi “RİA Novosti”yə bildirib.
Macarıstanda parlament seçkiləri bazar günü keçirilib. Macarıstan seçki komissiyasının məlumatına görə, səslərin 98,9%-i hesablandıqdan sonra Peter Macarın rəhbərlik etdiyi “Tisa” partiyası Viktor Orbanın “Fidesz” partiyasına qarşı əhəmiyyətli üstünlük əldə edib.
Sevinc Əliyeva
Ordu.az