Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohaceraniyə istinadən məlumat yayıb.
“İlkin və çox ümumi hesablamalar göstərir ki, zərər hazırda 270 milyard dollar təşkil edir. Biz xalqımızın hüquqlarını mütləq hüquqi vasitələrlə müdafiə edəcəyik. Bu, Minab məktəbində yaxınlarımızın qətlə yetirilməsi ilə bağlı kompensasiyanı da əhatə edir”, - deyə İran hökumətinin rəsmi nümayəndəsi bildirib.
Sevinc Əliyeva
Ordu.az