Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
O, həmçinin vurğulayıb ki, Livanda müharibə də mümkün qədər tez başa çatmalıdır.
“Yaxın Şərqdə müharibə böyük qeyri-sabitliyə səbəb olub və həddindən artıq çox insanın həyatına son qoyub. Bu artıq yalnız regional problem və ya təhlükəsizlik məsələsi deyil. Onun nəticələri bütün dünyada hiss olunur. Hörmüz boğazı ilə bağlı çoxsaylı təşəbbüslər təqdim edilir. Məqsədlər aydındır: bu marşrut üzrə bütün yüklərin təhlükəsiz keçidini təmin etmək”, - deyə Kallas əlavə edib.
Onun sözlərinə görə, Aİ beynəlxalq hüquqa uyğun olaraq boğazlardan azad və təhlükəsiz keçidi məhdudlaşdıran hər hansı razılaşmanı qəbul etməyəcək.
Sevinc Əliyeva
Ordu.az