Daha bir ABŞ aviadaşıyıcısı İranın dəniz blokadasına qoşulmağa hazırlaşır

2026/04/1776144084.jpg
Oxunub: 498     09:20     14 Aprel 2026    
ABŞ-nin USS “George H.W. Bush” aviadaşıyıcısı Afrika qitəsi ətrafında hərəkət edir və İran əleyhinə Hörmüz boğazında ABŞ-nin həyata keçirdiyi blokada fonunda Ərəb dənizində yerləşən hərbi dəniz qüvvələrinə qoşulmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “USNI News” məlumat yayıb.

Aviadaşıyıcı adətən olduğu kimi Aralıq dənizi üzərindən keçməyib, əksinə Afrikanı dolanaraq hərəkət edir.

Bu isə aviadaşıyıcıya və onu müşayiət edən gəmilərə husilərin nəzarətində olan Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçiddən yayınmağa imkan verir.

Bu gün daha əvvəl BBC xəbər vermişdi ki, peyk görüntülərinə əsasən, Oman körfəzinin şərqində yerləşən USS “Abraham Lincoln” aviadaşıyıcısı İran sahillərinə, ölkədən təxminən 200 kilometr cənuba yaxınlaşıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin