Lavrov rəsmi səfərlə Pekinə gəlib

2026/02/1770058049.jpg
Oxunub: 534     07:11     14 Aprel 2026    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2026-cı il aprelin 14-də rəsmi səfərlə Pekinə gedib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

“Bu, mürəkkəb beynəlxalq şəraitdə mühüm səfərdir. Hadisələr sürətlə inkişaf edir. Çox şey dəyişib, o cümlədən “Rossiya” aviaeskadrilyası Moskva ilə Pekin arasında uçarkən”, - deyə “İzvestiya”nın müxbiri Viktor Sineok bildirib.

Rusiya Xarici İşlər Nazirliyi bir gün əvvəl açıqlamışdı ki, Lavrov Çində Çinin xarici işlər naziri Van İ ilə danışıqlar aparacaq və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək. Həmçinin aktual məsələlər, o cümlədən Ukrayna böhranı və Yaxın Şərqdəki vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparılması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Çin  


Bizi "telegram"da izləyin