Ordu.az xəbər verir ki, bu barədə CNN Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.
Rəsmisinin sözlərinə görə, ABŞ-nin Livandakı səfiri Mişel İsa və Dövlət Departamentinin müşaviri Maykl Nidhem də danışıqlarda iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibində olacaqlar.
İsrail və Livan nümayəndə heyətlərinə müvafiq olaraq onların səfirləri Yexiel Leyter və Nada Hamade Moavad rəhbərlik edəcəklər.
“Bu söhbət İsrailin şimal sərhədinin uzunmüddətli təhlükəsizliyinin necə təmin olunması və Livan hökumətinin öz ərazisi və siyasi həyatı üzərində tam suverenliyi bərpa etmək əzminin necə dəstəklənməsi ilə bağlı dialoqu davam etdirəcək”, - deyə rəsmi bildirib.
“İsrail Livanla deyil, Hizbullahla müharibə aparır, buna görə də iki qonşunun danışmaması üçün heç bir səbəb yoxdur”, - deyə o əlavə edib.
Livan və İsrail arasında danışıqların çərşənbə axşamı Vaşinqtonda keçirilməsi planlaşdırılır. Bundan əvvəl Livan prezidenti Cozef Aun bəyan etmişdi ki, bu danışıqlar “hər hansı başqa tərəfin yox, Livanın məsuliyyətidir”.
Bu arada, Livanın radikal “Hizbullah” hərəkatı Livan və İsrail arasında danışıqları “faydasız” hesab edir və onlara qarşı çıxır.
Sevinc Əliyeva
Ordu.az