Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Əraqçi aprelin 11-də İslamabadda keçirilən İran-ABŞ danışıqlarının detalları barədə məlumat verib.
Rusiya tərəfi diplomatik səylərin davam etdirilməsini və münaqişənin əsas səbəblərini aradan qaldıracaq, regionda uzunmüddətli sabitliyə nail olmağa yönəlmiş həll yollarının tapılması istiqamətində səyləri alqışlayıb. Bu zaman İranın və onun qonşularının qanuni maraqları nəzərə alınmalıdır.
Lavrov silahlı qarşıdurmanın təkrarının qarşısının alınmasının vacibliyini vurğulayıb, böhranın hərbi həllinin olmadığını qeyd edərək Rusiyanın onun həllinə yardım etməyə hazır olduğunu bir daha təsdiqləyib. O, həmçinin Fars körfəzi regionunda təhlükəsizliyi təmin etməyə yönəlmiş konsepsiyanın hazırlanması ilə bağlı Rusiyanın təşəbbüsünü xatırladıb. Bu konsepsiya regionun bütün sahilyanı dövlətlərini və kənar ölkələrin dəstəyini nəzərdə tutur.
Sevinc Əliyeva
Ordu.az