Sloveniya NATO-dan çıxmaq üzrə referendum keçirəcək

2026/04/1776141273.jpg
Oxunub: 527     00:22     14 Aprel 2026    
Sloveniya parlamentinin sədri Zoran Stevanoviç bildirib ki, ölkəsi NATO-dan çıxmaq üzrə referendum keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Mən rusiyapərəst deyiləm, yalnız sloveniyapərəstəm. Biz hesab edirik ki, Sloveniya öz siyasətini müstəqil və suveren şəkildə yürütməlidir.

Biz dünyanın bütün ölkələri, xüsusilə böyük güclərlə əməkdaşlıq etməliyik, lakin bu əməkdaşlıq asılılıq demək olmamalıdır. Hamı ilə yaxşı münasibətlər, lakin yalnız Sloveniyanın maraqlarına əsaslanaraq…

Biz xalqa NATO-dan çıxmaq üzrə referendum keçirəcəyimizə söz vermişdik və bu referendumu keçirəcəyik”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sloveniya   NATO  


Bizi "telegram"da izləyin