Ordu.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
“Biz Livan xalqına təcili yardım göstərmək üçün resursları səfərbər edirik, lakin heç bir yardım uzunmüddətli sülhün təhlükəsizliyini əvəz edə bilməz. Yaxın Şərqdə və ya Fars körfəzində sabitlik Livan alov içində olduğu müddətdə bərqərar ola bilməz. Buna görə də bütün tərəfləri Livanın suverenliyinə hörmət etməyə və hərbi əməliyyatların tam dayandırılmasına nail olmağa çağırırıq”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az