Ordu.az xəbər verir ki, bu barədə Şərif "X" sosial şəbəkə hesabında bildirib.
"Mən ABŞ və İran arasında atəşkəsə və danışıqlara kömək göstərilməsində Pakistanın səylərinə Kanadanın verdiyi dəstəyə görə ona (Karniyə - red.) təşəkkür etdim", - o qeyd edib.
Şərif Pakistanın regionda sülh və sabitliyin təşviqinə sadiqliyini yenidən təsdiqləyib. Tərəflər həmçinin ticarət və kənd təsərrüfatı, yaşıl enerji, dağ-mədən sənayesi və mineral ehtiyatlara investisiyalar sahəsində Pakistan-Kanada əməkdaşlığını möhkəmləndirmək barədə razılığa gəliblər.
"Mən həmçinin baş nazir Karnini hər iki tərəf üçün münasib vaxtda Pakistana rəsmi səfərə dəvət etdim", - Şərif yekunlaşdırıb.
Ordu.az