Hillari Klinton: “ABŞ İranla danışıqlarda çox zəif mövqedədir”

2026/04/1776107636.jpg
Oxunub: 498     23:10     13 Aprel 2026    
“ABŞ İranla danışıqlarda çox zəif mövqedədir”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton bildirib.

“Məni narahat edən odur ki, ABŞ hazırda İran məsələsində çox zəif mövqedədir”, - deyə o bildirib.

Klinton vurğulayıb ki, ABŞ İranla danışıqlara sıfırdan başlamağa məcbur olacaq: “Biz həqiqətən nüvə silahlarından anlayışı olan insanları cəlb etməli olacağıq”.

Klinton, həmçinin qeyd edib: “Beləliklə, biz indi elə vəziyyətdəyik ki, zəifləmişik, əsaslı şəkildə təsir imkanlarımızı və təşəbbüsü itirmişik. Mən Trampın hələ iyunda nüvə obyektlərinin bombardmanına dəstək vermişdim. Hesab edirdim ki, bu, yerində və məhdud strateji məqsəddir. Lakin onun İranla bağlı razılaşdırılmamış hücumuna qarşı idim”.

Klinton bildirib ki, ABŞ “doğru insanlar”la sərt danışıqlara qayıtmalıdır.

“Mən şəxsi təcrübəmdən də bilirəm ki, Netanyahu amerikalı əvvəlki prezidentləri İranla qeyri-müəyyən müharibəyə razı salmağa çalışırdı və mən İranla bağlı konkret nəticəsi olmayan qeyri-müəyyən addımlara razılaşmaqdan imtina etmişdim”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Klinton   ABŞ  


Bizi "telegram"da izləyin