Böyük Britaniya baş naziri: “İsrailin Livana zərbələri qəbuledilməzdir”

2026/01/1769781495.jpg
Oxunub: 467     22:42     13 Aprel 2026    
Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, Yaxın Şərqdə atəşkəs “çox kövrəkdir”.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

“Atəşkəs Livana da şamil olunmalıdır. İsrailin zərbələri qəbuledilməzdir”, - deyə Starmer qeyd edib.

O əlavə edib ki, Hörmüz boğazının yenidən açılması və sabit atəşkəsin təmin olunması üçün hələ çox iş görülməlidir.

“Nəqliyyat şirkətləri təhlükəsizlik təmin olunana qədər Hörmüz boğazından gəmilərini keçirməyəcək”, - deyə Starmer vurğulayıb.

O təsdiqləyib ki, Böyük Britaniya və Fransa bu məsələ ilə bağlı həftə ərzində sammit keçirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İsrail   Livan  


Bizi "telegram"da izləyin