Ordu.az xəbər verir ki, Qasımın bu barədə bəyanatını "Mehr" Xəbər Agentliyi yayıb.
"Hizbullah"ın baş katibi Livan hökumətini müqavimətin daxili potensialı zəiflətməkdə ittiham edib. Bununla yanaşı, ölkənin baş nazirini əməkdaşlığa çağırıb: "Gəlin birlikdə təcavüzə qarşı duraq, sonra hər şey barədə razılığa gələrik".
"Biz (israillə - red.) hər hansı danışığı rədd edirik. Bu danışıqlar nəticəsizdir və gedişatı dəyişmək üçün Livanın daxili həmrəyliyə ehtiyacı var", - N. Qasım vurğulayıb.
Qeyd edək ki, aprelin 14-də Vaşinqtonda hər iki ölkənin ABŞ-dəki səfirlərinin rəhbərlik etdiyi Livan və İsrail nümayəndə heyətlərinin ilkin danışıqları keçiriləcək.
Ordu.az