İshaq Dar ilə İvett Kuper ABŞ-İran danışıqlarını və regiondakı vəziyyəti müzakirə ediblər

2026/04/1776099400.jpg
Oxunub: 513     20:51     13 Aprel 2026    
Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar və Britaniyanın XİN rəhbəri İvett Kuper İslamabadda ABŞ və İran danışıqlarını, eləcə də regiondakı cari vəziyyəti müzakirə ediblər.

Bu barədə Ordu.az Pakistanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Qeyd olunur ki, İvett Kuper telefon danışığında Pakistanın regionda sülh və sabitliyə kömək etməkdə konstruktiv rolunu yüksək qiymətləndirib.

İshaq Dar söhbət zamanı tərəflərin atəşkəs rejiminə riayət etməsinin zəruriliyini vurğulayıb.

O, regional çağırışların həlli və möhkəm sülhün bərqərar olması üçün ən səmərəli vasitələr kimi İslamabadın dialoq və diplomatiyanın təşviqinə sadiqliyini bir daha təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dar   Kuper  


Bizi "telegram"da izləyin