Ordu.az xəbər verir ki, bu silah “Astros II” yaylım atəşli reaktiv sisteminə inteqrasiya olunacaq.
Layihə Ordunun Logistika Komandanlığı və Elm-Texnologiya Departamenti tərəfindən “Avibras” şirkəti ilə birlikdə həyata keçirilir.
S+100 əvvəlki S-80 layihəsinə əsaslanır və Astros sisteminin universal buraxılış modulları ilə tam uyğun olacaq.
“Avibras” şirkəti 2022-ci ildən maliyyə çətinlikləri səbəbindən restrukturizasiya prosesindədir.
Yeni struktur 499,8 milyon dollar vəsaitlə maliyyələşdirilib.
Şirkət 2026-cı ilin mayında istehsalı bərpa etməyi planlaşdırır.
MTC-300 qanadlı raketi də hazırlanır və 300 km mənzilə malikdir.
Sevinc Əliyeva
Ordu.az