Peru “Lockheed Martin”dən altı TPS-77 MMR radarı sifariş edəcək

2026/04/Ekran-1776099152.jpg
Oxunub: 522     20:53     13 Aprel 2026    
Peru Hərbi Hava Qüvvələri ABŞ-nin “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan altı ədəd TPS-77 MMR radarı almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Defensa” nəşri məlumat yayıb.

Alış proqramı ölkənin hava müşahidə və nəzarət imkanlarını bərpa və gücləndirmək məqsədi daşıyır.

TPS-77 MMR radarları AESA texnologiyalı üçölçülü erkən xəbərdarlıq sistemləridir.

Hər radar 463 km məsafədə aşkarlama, 360 dərəcə müşahidə, eyni vaxtda 1000 hədəfin izlənməsi və 30,5 km hündürlükdə işləmə qabiliyyətinə malikdir.

Müqavilənin dəyəri 260-280 milyon dollar arasında qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peru   TPS-77-MMR  


Bizi "telegram"da izləyin