İranda Hörmüz boğazının blokadası fonunda maksimum döyüş hazırlığı bəyan edilib

2026/04/1776061530.jpg
Oxunub: 423     20:02     13 Aprel 2026    
ABŞ-nin Hörmüz boğazını blokadaya alması fonunda İran "maksimum döyüş hazırlığı" vəziyyətindədir.

Ordu.az "CNN World"ə istinadən xəbər verir ki, bu barədə İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən Məcid ibn əl-Rza bildirib.

Onun sözlərinə görə, ölkə istənilən ssenariyə hazırdır və ona qarşı təcavüz törədənlər sərt və qətiyyətli cavab alacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Hörmüz boğazındakı blokadasından yan keçməyə cəhd edən bütün İran gəmilərini məhv etməklə hədələyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin