Ordu.az xəbər verir ki, bu barədə “Guardian” məlumat yayıb.
O qeyd edib ki, ABŞ çox vacib tərəfdaşdır və Macarıstan onunla yaxşı münasibətləri saxlamalıdır.
Macar bildirib ki, Trampa zəng etməyəcək, lakin Ağ Ev onunla əlaqə saxlayarsa, administrasiyası dialoqa açıq olacaq.
O, Macarıstanın Rusiyadan enerji idxalından asılı olduğunu qeyd edərək Moskva ilə “praqmatik” münasibətləri qorumaq istədiyini vurğulayıb.
Macar bildirib ki, Rusiya ilə enerji sahəsində bağlanmış bütün müqavilələrə yenidən baxacaq və zərurət yaranarsa, onları dayandıracaq.
Putinlə münasibətlərinə toxunan siyasətçi deyib ki, ona Ukraynadakı müharibəni dayandırmağı tövsiyə edəcək, lakin bunun baş verəcəyini gözləmir.
O, ümid etdiyini bildirib ki, “Putin tezliklə müharibəni dayandırmağa məcbur olacaq, çünki Ukrayna açıq şəkildə rus təcavüzünün qurbanıdır”.
Macar həmçinin Aİ çərçivəsində ötən ilin dekabrında qəbul olunmuş Ukrayna üçün 90 milyard avroluq paketə dəstək verdiyini açıqlayıb.
Sevinc Əliyeva
Ordu.az