Ordu.az xəbər verir ki, bu barədə “Xatəm əl-Ənbiya” mərkəzi komandanlığının sözçüsü, polkovnik-leytenant İbrahim Zülfüqari “Press TV”yə açıqlamasında bildirib.
“Düşmənlə əlaqəsi olan gəmilərin Hörmüz boğazından keçmək hüququ yoxdur və olmayacaq. Digər gəmilərin keçidinə isə İran İslam Respublikasının Silahlı Qüvvələrinin qaydalarına uyğun olaraq icazə veriləcək”, - deyə o qeyd edib.
Zülfüqari vurğulayıb ki, davam edən təhdidlər fonunda İran Hörmüz boğazına nəzarət üçün daimi mexanizm yaradacaq.
Zülfüqari ABŞ-nin beynəlxalq sularda dəniz tranzitinə tətbiq etdiyi məhdudiyyətləri qeyri-qanuni və dəniz quldurluğuna bərabər addımlar kimi qiymətləndirib.
“Əgər İran limanlarının təhlükəsizliyi pozularsa, Fars körfəzi və Oman dənizində heç bir liman təhlükəsiz olmayacaq”, - deyə o vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az