NATO İranın dəniz blokadasında iştirak etməyəcək

2026/04/1775027745.jpg
Oxunub: 322     19:28     13 Aprel 2026    
NATO-nun Vaşinqtondakı müttəfiqləri ABŞ prezidenti Donald Trampın Hörmüz boğazını blokadaya alma planına müdaxilə etməyəcəklərini bildiriblər və bunu yalnız döyüş əməliyyatları başa çatdıqdan sonra etməyi təklif ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” mılumat yayıb.

Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələri digər ölkələrlə birlikdə Hörmüz boğazında dəniz hərəkətini bağlamaq üçün əməkdaşlıq edəcək. Bu qərar həftəsonu danışıqlarında İranla münaqişəni dayandırmaq barədə razılaşma əldə olunmadıqdan sonra verilib.

ABŞ Silahlı Qüvvələri daha sonra açıqlayıb ki, blokada yalnız İran limanlarına gedən və ya oradan çıxan gəmilərə şamil olunacaq.

“Yaxın zamanda blokada başlayacaq. Digər ölkələr də bu blokadaya qoşulacaq”, - deyə Tramp daha əvvəl bildirib.

Bununla belə, Böyük Britaniya və Fransa da daxil olmaqla NATO müttəfiqləri blokadada iştirak etməyəcəklərini və münaqişəyə cəlb olunmayacaqlarını bildiriblər. Onlar dünya neftinin beşdə birinin keçdiyi boğazın açıq saxlanılması üçün təşəbbüs üzərində işlədiklərini qeyd ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   İran  


Bizi "telegram"da izləyin