Yaxın Şərqdə münaqişə zamanı Aİ-nin yanacaq idxalı xərcləri 22 milyard avro artıb

2026/04/1775024115.jpg
Oxunub: 314     19:25     13 Aprel 2026    
“Yaxın Şərq artıq 44 gündür ki, müharibə vəziyyətindədir. Son altı həftə bizə xatırlatdı ki, sülhü başlanğıcdan öz-özünə başa düşülən bir hal kimi qəbul etmək olmaz. Son günlərdə sanki fasilə yaranacağı təəssüratı var idi”.

Ordu.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.

“Atəşkəs elan olunub. Biz həmçinin bilirik ki, danışıqlar dalana dirənib və hadisələrin necə inkişaf edəcəyini görməliyik. Hər hansı razılaşma İranın nüvə və ballistik raket proqramları, eləcə də onun Hörmüz boğazında gəmiçilik fəaliyyətinə mane olan addımları ilə bağlı narahatlıqları əhatə etməlidir. Hörmüz boğazının davamlı şəkildə bağlanması böyük zərər vurur və gəmiçilik azadlığının bərpası bizim üçün son dərəcə vacibdir.

Yaxın Şərqdə münaqişə başlayandan bəri bizim qalıq yanacaq idxalı xərclərimiz 22 milyard avrodan çox artıb. Bu, böhranın iqtisadiyyatımıza nə qədər böyük təsir etdiyini göstərir. Hətta döyüş əməliyyatları dərhal dayansa belə, Fars körfəzindən enerji təchizatındakı pozuntular bir müddət davam edəcək”, - deyə o qeyd edibş

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq    


Bizi "telegram"da izləyin