Yunanıstan “Rafale” döyüş təyyarələri üçün müqavilə imzalayıb

2026/04/Ekran-1776089003.jpg
Oxunub: 442     18:01     13 Aprel 2026    
Yunanıstan ilə Fransanın “Dassault Aviation” şirkəti arasında “Rafale” döyüş təyyarələrinin dəstəklənməsinə dair yeni müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Yunanıstan Müdafiə Təchizatı Baş İdarəsinin (GDAEE) açıqlamasına görə, GDAEE-nin baş direktoru general-leytenant İoannis Bouras ilə “Dassault Aviation” arasında “01/2026” nömrəli Yunan Sənaye Əməkdaşlığı (EBS) İcra Müqaviləsi imzalanıb. Müqavilənin detalları açıqlanmayıb, lakin bu sənəd çərçivəsində Yunanıstana təhvil verilmiş “Rafale” döyüş təyyarələrinin texniki xidmət proseslərinin dəstəklənəcəyi ehtimal olunur.

“Rafale” tədarükü çərçivəsində ilk partiya üçün 2021-ci ilin yanvarında Yunanıstan ilə Fransa arasında müqavilə imzalanmışdı. Təxminən 2,5 milyard avro dəyərində olan sifarişə döyüş sursatları, ilkin texniki dəstək, pilot və texniki heyətin hazırlığı, həmçinin “Tanagra” hava bazasında zəruri infrastruktur daxil idi. Sifariş 12 ədəd ikinci əl və 6 ədəd yeni istehsal olunmuş təyyarəni əhatə edirdi. Bu çərçivədə ilk müqavilədəki 18 təyyarənin 14-ü tək yerlik, 4-ü isə iki yerlik variantlardan ibarət olub.

Yunanıstan Hərbi Hava Qüvvələrinə ilk “Rafale” döyüş təyyarəsi 2021-ci ilin iyulunda təhvil verilib. İlk 6 təyyarə ilkin mərhələdə yunan pilotların təlimi üçün Fransada saxlanılıb, daha sonra isə 2022-ci ilin yanvarında Yunanıstana gətirilib.

“Kathimerini”nin məlumatına görə, iki ay sonra Afina 332-ci eskadrilyada yerləşdiriləcək “Rafale” təyyarələrinin sayını 24-ə çatdırmaq məqsədilə 1,09 milyard avro dəyərində əlavə 6 təyyarə sifariş edib. Beləliklə, Yunanıstan ümumilikdə 3,59 milyard avro dəyərində 24 ədəd “Rafale” döyüş təyyarəsi tədarük edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Rafale  


Bizi "telegram"da izləyin