Rusiyanın İranda “Buşehr” atom elektrik stansiyasında son rotasiya mərhələsi başlayıb

2026/03/1774254521.jpg
Oxunub: 335     17:45     13 Aprel 2026    
Rusiya Prezidenti Vladimir Putinə İranın “Buşehr” atom elektrik stansiyasının heyətinin son rotasiyası barədə məlumat verilib.

Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərə “Rosatom”un rəhbəri Aleksey Lixaçov bildirib.

O dəqiqləşdirib ki, bazar ertəsi saat 08:00-da Rusiya İranın “Buşehr” AES-də heyətin son rotasiyasına başlayıb: 108 əməkdaş stansiyanı tərk edir, obyektdə isə 20 nəfər qalır.

“Bu mövqe iranlı tərəfdaşlarla razılaşdırılıb. Dünən bu barədə Rusiya Prezidentinə məlumat verilib, bu gün isə biz Müdafiə Nazirliyi ilə birlikdə bu layihəni həyata keçiririk”, - deyə Lixaçov bildirib.

O əlavə edib ki, stansiyada qalan 20 rusiyalı “Rosatom”un son nümayəndələridir. “Avadanlıqların qorunması və yaşayış məntəqəsinə nəzarətdən əlavə, onlar İran tərəfi ilə əlaqəni saxlayırlar ki, ilk imkan yaranan kimi tikinti işlərini maksimum genişləndirə bilək”, - deyə Lixaçov izah edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Buşehr   Rusiya   İran  


Bizi "telegram"da izləyin