Ordu.az xəbər verir ki, hərbçilərə raket buraxılış qurğuları, atəşin idarəetmə mərkəzləri, radarlar və digər avadanlıqlar təhvil verilib.
Onların əsasında yeni batareya formalaşdırılacaq və onun tam inteqrasiyası ilin sonuna qədər planlaşdırılır.
Litva NASAMS sistemlərindən 2020-ci ildən istifadə edir, ikinci batareyanı isə 2023-cü ildə sifariş etmişdi. Bu sistem bir neçə on kilometrlik məsafədə təyyarələri, helikopterləri, pilotsuz uçuş aparatlarını və qanadlı raketləri vurmağa qadirdir. Gələn il ölkə həmçinin MSHORAD yaxın mənzilli mobil hava hücumundan müdafiə sistemləri də alacaq, artıq apreldə isə yaxın radiuslu əlavə radarların gətirilməsi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az