İran səfiri: “ABŞ ilə danışıqların ikinci mərhələsi yalnız Tehranın şərtləri ilə mümkündür”

2026/04/1776086553.jpg
Oxunub: 325     17:20     13 Aprel 2026    
Yalnız Vaşinqton İran tərəfinin şərtlərini qəbul edərsə, İran ABŞ ilə danışıqların ikinci mərhələsini istisna etmir.

Ordu.az xəbər verir ki, bu barədə İranın Hindistandakı səfiri Məhəmməd Fəthəli PTI agentliyinə bildirib.

Onun sözlərinə görə, İslamabadda keçirilən danışıqlar zamanı Tehran nüvə problemi, hərbi reparasiyalar və sanksiyaların ləğvi ilə bağlı tələblər irəli sürüb.

Səfirin qiymətləndirməsinə görə, ABŞ tərəfinin irəli sürdüyü tələblərin “hüquqi əsası yoxdur”.

Fəthəli vurğulayıb ki, İran sülhə və danışıqlara hazırdır, lakin eyni zamanda “müharibəyə də hazırdır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin